Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Corc Dik: "Terrorla mübarizə qlobal əməkdaşlıq tələb edir"
"Terrorla mübarizə qlobal əməkdaşlıq tələb edir"
Oxu.Az xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik deyib.
O deyib ki, terrorizm yenə də gündəmdədir:
"Dünən ABŞ-nin Vaşinqton şəhərində bizim diplomatik korpusun üzvlərinə qarşı terror aktı baş verib. Həlak olanların ailələrinə və ABŞ hökumətinə başsağlığı verirəm. Hadisədən dərhal sonra Azərbaycandan başsağlığı aldıq. Bu, yüksək dəyərləndirilir".
O, terrorun qloballaşan texnologiyalar vasitəsilə daha da yayılma təhlükəsinə diqqət çəkib:
"Süni intellekt və müasir texnologiyalar yanlış əllərdə olduqda terrorçuluğun genişlənməsinə səbəb ola bilər. Ona görə də bu, qlobal yanaşma tələb edən problemdir".
Corc Dik Azərbaycanın bu sahədə göstərdiyi səyləri və beynəlxalq dəstəklərini yüksək qiymətləndirib, Auditorlar Palatasına və konfransın təşkilatçılarına təşəkkürünü bildirib.
Səfir, həmçinin İsraillə Azərbaycan arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, turizm, ticarət, kənd təsərrüfatı və su resursları sahələrində inkişaf etdiyini vurğulayıb:
"İki ölkə arasında turist axını iki dəfə artıb. Birgə komissiyanın işə başlaması ilə əməkdaşlıq daha da genişlənəcək".
Aləmdə Nəsib
"Corc Dik" teqi üzrə xəbərlər
- İsrailin Bakıdakı səfirliyində bayraq yarıya qədər endirildi
- İsrail səfiri Corc Dik səlahiyyət müddətinin başa çatması ilə bağlı açıqlama verdi
- İsrailin Azərbaycandakı səfirliyində anım günü keçirilib
- İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi
- Mikayıl Cabbarov İsrailin Müstəqillik Günü ilə bağlı tədbirdə iştirak edib