Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
DİN-dən Kəramət Böyükçölün saxlanılması ilə bağlı daha bir AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə gənc yazar Kəramət Böyükçölün respublikanın rəhbər şəxsləri barəsində səsləndirdiyi xoşagəlməz ifadələrə görə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır:
“Xəbər verildiyi kimi, Kəramət Böyükçöl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanılıb. Həmçinin Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır. Belə ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan Kəramət Böyükçölün saxlanılmasının səbəbi, haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır”.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
- 5 dəqiqəyə 20 minin xərclənməsi: "TikTok"da çirkli pullar necə yuyulur?
Rəylər