Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DİN-dən Ucarda toyda dava düşməsi ilə bağlı iddialara CAVAB
Mayın 11-də Ucar rayonu ərazisində yerləşən şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı dava düşməsi və Elçin Mehdiyevin bıçaq xəsarətləri alması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda o da qeyd edilib ki, məclis vaxtı sonuncu spirtli içkinin təsiri altında olub və şadlıq sarayının qapısına yumruq zərbəsi vurub:
“Nəticədə qapıdan qırılan şüşə qırıntıları E.Mehdiyevin qoluna düşüb və həmin şəxs xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Xatırladaq ki, bir neçə gün öncə Ucarda toyda dava düşdüyü, xəsarət alanların olduğu barədə məlumat yayılmışdı. Mübahisə zəminində 1989-cu il təvəllüdlü E.Mehdiyevin qolundan kəsik xəsarəti alaraq xəstəxanaya çatdırıldığı və əməliyyat olunduğu qeyd edilmişdi.
Könül Cəfərli
Rəylər