Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.
DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.
Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.
E.Ə.
www.oxu.az