Kanadalı Coşua Dyuek və onun ailəsi qardan hündürlüyü altı metrdən çox olan Şaxta baba düzəldib. C.Dyuek üç həftəlik həmin işi lentə alıb.
Oxu.Az bu barədə “UPİ” agentliyinə istinadən xəbər verir.
İlkin olaraq mərkəzdə enli borunun yardımı ilə təməl düzəldilib. Onun yanında içi qarla doldurulmuş forma quraşdırılıb.
“Qardan düzəldilmiş adamın içi boşdur, ora girib, onun ağzından ətrafa baxmaq mümkündür”, -deyə Dyuek bildirib.
A.S.
www.oxu.az