Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
DİN rəsmisi: “Avtomobillərdə dövlət bayrağının təsvirindən örtük kimi istifadə yolverilməzdir”
Bakı şəhər sakini Rasim Ələsgərov sosial şəbəkədə videogörüntü paylaşaraq deyib ki, özünə məxsus “Mitsubishi” markalı pikapın damına və arxa hissəsinə dövlət bayrağımızın şəklini çəkib.
Oxu.Az-ın məlumatına görə, polis vətəndaşdan bayrağın şəklinin maşının üzərindən sökülməsini tələb edib.
Sürücü özünü haqlı sayır, polis isə onun tələbinin doğru olmadığını hesab edir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələyə münasibət bildirib.
O bildirib ki, nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə qətiyyən yolverilməzdir:
“Dövlət bayrağı Azərbaycanın suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu ilə tənzimlənir. Bu qanunda göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər.
Bayrağa hörmət edən şəxs onu pıkapın yük yerinə bəzək üçün çəkməz. Həmin sürücüdən fərqli olaraq, dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşının tələbi tam haqlıdır və dərhal, qeyd-şərtsiz icra edilməlidir”.
Rəylər