Dünən vəhhabi əqidəsinə sahib şəxslər sosial şəbəkələrdə 160 avtomobillə Sabirabada doğru getdiklərini yaymışdılar.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS-ə açıqlamasında bildirib ki, kimlərsə qarışıqlıq yaratmaq istəyir.
“Yayılan söz-söhbətin hamısı əsassızdır. Hazırda Azərbaycanda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Ölkədə kriminal duruma fasiləsiz nəzarət olunur. Bir daha söyləyirəm, Sabirabadda yayılan məlumatlar tamamilə əsassız və uydurmadır”.