Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Xəzər dənizində iki nəfərin batması ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 13-də Lənkəran rayon sakinləri Ceyhun Mahmudov və İbrahim Məmmədov “Yamaha-55” markalı qayıqda balıq tutmaq üçün dənizə gediblər və geri qayıtmayıblar. Həmin gün saat 13 radələrində qayığın taxta ayaqaltısı və yanacaq çəni dənizdə tapılıb. İtkin düşənlərin axtarışı davam etdirilir.