Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Diqqət: Bu cür dərmanları almayın - VİDEO
Apteklərdən dərman alarkən onların içlik kağızının olub-olmamasına elə də diqqət etmirik. Bir çox insan həkimə inanaraq, resept əsasında aldıqları dərmanların içliyini oxumur, ya da oxuya bilmir.
Oxu.Az-ın məlumatına görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Həkim reseptdə xəstənin dərmanı yeməkdən sonra udmalı olduğunu yazır, dərmanın içlik kağızında isə onun yemək yeməmişdən əvvəl qəbul edilməli olduğu qeyd olunur. Bu vəziyyət isə xəstələri çaşbaş salır.
Həkimlər xəstələrin dərmanları içlik kağızlarında yazılanlara görə yox, həkim reseptinə uyğun qəbul etməli olduqlarını bildirirlər.
Hər bir pasiyent qəbul edəcəyi dərmanın tərkibi, istifadə qaydaları, əks təsirləri kimi informasiyanı içlik kağızından almalıdır. Ona görə də qutusunda Azərbaycan dilində yazılmış içlik vərəqəsi olmayan dərmanların satışa çıxarılması qadağandır.
Oxu.Az yeniləndi!
Rəylər