Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Diqqət: Dezinformasiya yayılır – FOTO
Azərbaycan KİV-də yalan informasiya yayılır.
Oxu.Az xəbər verir ki, təxminən bir neçə dəqiqə bundan öncə bizim bəzi KİV reytinq qazanmaq üçün guya cəbhə xəttində öldürülmüş erməni əsgərlərinin şəkillərini təqdim ediblər.
Oxu.Az öz növbəsində şəkillər ilə əlaqədar kiçik bir araşdırma aparıb. Məlum olub ki, bu şəkillər əslində 2008-ci ilin avqust ayında Cənubi Osetiyada silahlı münaqişə zamanı öldürülmüş gürcü əsgərlərinin şəkilləridir. Onların arasında hətta öldürülmüş Filippin əsgəri də var.
Baş verən son hadisələr gedişatında vətəndaşlar cəbhədə baş verənlərlə maraqlanırlar, bəzi saytlar yalan informasiya yayaraq vətəndaşların hissləri ilə oynayırlar.
Təəssüf ki, belə reytinq qazanmaq istəyi ilə yalan informasiyanın yayılması Azərbaycan oxucusunun yerli KİV-ə inamını qırır, bu isə düşmənlə informasiya müharibəsi zamanı yolverilməzdir.