Bakıda 40 yaşlı kişi itkin düşüb.
Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsi, M. Ələkbərov küçəsi ev 5 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü Sahib Məhərrəm oğlu Quliyev bir müddət əvvəl yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
Polisdən həmçinin S. Quliyevin fotosunu da təqdim ediblər. Bu şəxsi görənlərdən (012) 455-02-02, (050) 750-60-06 telefonlarına məlumat vermələri xahiş olunur.
