“2026-ci ilə qədər azad edilmiş ərazilərdə 8 peşə məktəbi istifadəyə veriləcək”.
Oxu.Az xəbər verir ki, bununla bağlı Peşə Təhsili Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə məlumat verib.
O qeyd edib ki, ərazilərə köçürüləcək əhalinin prosesdən 3 ay əvvəl təlimlərə cəlb edilməsi nəzərdə tutulur:
“Füzulidə tikilməkdə olan, bünövrəsi ötən il qoyulmuş peşə təhsili müəssisəsinin isə 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
Rəylər