Gəncə şəhərində iki məktəbə yeni direktor təyin olunub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.
Əmrə əsasən, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbə Gülbəniz Bayramova, N.Nərimanov adına 25 nömrəli tam orta məktəbə isə Alik Əliyev direktor olaraq təyin olunub.
Rəylər