Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Diyetoloq azərbaycanlıların qidalanmasındakı səhvləri açıqladı
Heç kimə sirr deyil ki, sağlamlığın başında düzgün qidalanma dayanır. Təəssüf ki, bir çoxları rasional qidalanmanı uzun və çətin proses hesab edərək, bu həqiqəti qəbul etmir.
Azərbaycanlı diyetoloq, “Sağlam bəslən – Arıqla” və “Köklüyün sirri - Arıqlığın açarı” kitablarının müəllifi Leyla Zülfüqarlı sağlam rasional qidalanmanı əməl edilməsi zəruri sayılan, öz vəziyyətləri olan xüsusi elm adlandırır.
“Biz bu elmin qaydalarına uyğun olaraq qidalanmalıyıq. Bu, sağlam qidalanma adlanır”, - diyetoloq deyib.
Çoxları bilir ki, bəzi məhsullardan imtina və pəhrizə riayət olunması ilə əlaqəli olan düzgün qidalanma bizim orqanizmimizin sağlamlığının təmin olunmasına yardım edir”.
Həkimin sözlərinə görə, gündəlik rasionumuzda olan bəzi məhsulları silmək çox vacibdir.
“Hər şeydən əvvəl karbohidrat qrupuna daxil olan məhsullardan imtina etmək lazımdır: bunlar qənd, kartof, makaron, düyüdür”, - diyetoloq qeyd edib.
Azərbaycan əhalisinin arasında sağlam qidaya riayət etməməsinə səbəb kimi Zülfüqarlı uzun illər formalaşmış yanlış stereotipləri göstərib.
“Azərbaycan piylənmənin səviyyəsi yüksək olan ölkələr siyahısına daxildir. Misal üçün, qonşu ölkələrlə müqayisədə, bizdə əhalinin artıq çəkidən əziyyət çəkməsinə uzun illər formalaşmış yanlış stereotiplər səbəb olub. Uşaq yaşlarından bütün valideynlər uşaqlara öyrədirlər ki, şirin çay beyin üçün xeyirlidir, ancaq bu, böyük səhvdir.
İkincisi, çörək. Biz çoxlu çörək yeyirik. Onu yemək olar, ancaq düzgün çörək seçmək lazımdır.
Üçüncüsü, ölkəmizdə bir çox məhsullarda çoxlu karbohidrat var. Bu maddələr mübadiləsini pozur və artıq çəkiyə səbəb olur”, - müsahibimiz bildirib.
L.Zülfüqarlı hesab edir ki, piylənmə və artıq çəkiyə səbəb olan vərdişlər düzgün qidalanmaqdan asılıdır, bu da orqanizmimizin hormonal sisteminin pozulmasına gətirib-çıxarır.
Özündə kifayət qədər kalori və yağ toplayan Azərbaycan yeməklərindən danışan həkim qeyd edib ki, bu, narahatlıq üçün əsas olmamalıdır.
“Ölkədə ilk diyetologiya kitabının müəllifi kimi deyə bilərəm ki, bizim düşmənimiz yağ deyil, şəkərdir. Biz yağdan deyil, şəkərdən, karbohidratdan kökəlirik. Ona görə də bizim yeməklərimizdə çoxlu yağın deyil, istifadə etdiyimiz məhsullarda çoxlu karbohidratların olması bizi narahat etməlidir.
Diyetoloq kimi rasionumuzdan yalnız iki “ağ” və bir “qara” məhsulun çıxarılmasını məsləhət görərdim: şəkər, duz və çay. Amma ilk növbədə “ağ” məhsullardan imtina etmək lazımdır”, - Leyla Zülfüqarlı əlavə edib.
Arıqlama zaman biz tez-tez “qızıl qayda” sayılan bu sözləri eşidirik: 06:00-dan sonra yemək olmaz! Diyetoloq bu fikirləri şərh edib.
“Axşam saat 06:00-07:00-dan sonra heç nə yeməmək fikri yanlışdır. Bu, düzgün yanaşma deyil. Nəzərə almaq lazımdır ki, dünyada nəhəng şəhərlərdə və meqapolislərdə yaşayan insanların 60 faizi əməklə məşğul olur və onlar arasında artıq çəkidən əziyyət çəkənlər var. Onlar işdən sonra evdə kompüter, telefon və ya televizor qarşısında istirahət edir, axşamlarını oturaraq keçirir, yemək yeyir və gec saatlarda yatır.
Mən axşam saat 06:00-dan sonra yeməyin dayandırılmasını düzgün hesab etmirəm. Son qəbul edilən yemək yuxuya üç saat qalmış yeyilməlidir”, - diyetoloq əlavə edib.
Hamıya məlumdur ki, artıq çəki narahatlıq doğurur və qadınların kompleksinə səbəb olur. Gözəl bədən quruluşu – bu, zərif cinsin hər bir nümayəndəsinin arzusudur.
Onlar hamısı yaxşı başa düşür ki, sağlamlığın və gözəl bədən quruluşunun əsas təminatçısı düzgün qidalanmaqdır. Ancaq çoxları buna laqeydlik göstərir və gözəl bədən quruluşunu əldə etmək üçün plastik əməliyyatlara üstünlük verir. Başqa cür desək, uzun müddət sağlam qidalanmağa üstünlük verməkdənsə, cərrahın bıçağı altına uzanmağı üstünlük verir.
“Mən hətta sizə rəqəmləri deyə bilərəm: diqqət yetirin, ölkəmizdə 40 yaşdan yuxarı qadınların 80 faizi artıq çəkidən əziyyət çəkir. Və piylənmə, əsasən qarın nahiyədə yaranır. Buna görə bu gün Azərbaycanda plastik əməliyyatlara tələbat böyükdür”, - diyetoloq əlavə edib.
Zülfüqarlı qeyd edib ki, bədən quruluşunu cərrahi müdaxilə olmadan, düzgün diyeta ilə də əldə etmək olar.
“Şəxsən mənim konsepsiyamda belədir. Belə bir anlayış var, lokal arıqlama, yəni cərrahi müdaxilə olmadan qarın nahiyəsindəki piylərdən qurtulmaq. Və bunun üçün plastik cərrahın xidmətlərindən istifadə etmək vacib deyil”, - diyetoloq bildirib.
Çinarə Q.
www.oxu.az
Oxu.Az yeniləndi!
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər