Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
Vladislav Lisovets moda dünyasının məşhur adlarından biridir.
O, moda eksperti, həmçinin televiziya və radio aparıcısıdır.
Vladislav Lisovets 23 yaşına kimi Azərbaycanda yaşayıb, bütün uşaqlıq və gənclik illəri Bakıda keçib və o, həmişə bu dövrü xüsusi hərarət və məhəbbətlə xatırlayır.
Oxu.Az-ın xəbərinə görə, özünün "Stil - həmişə özün olaraq qal" adlı solo yaradıcılıq gecəsi ərəfəsində o, pərəstişkarlarına müraciət ünvanlayıb.
"Salam, Bakı, Azərbaycan. Sizinlə bakılı Vladislav Lisovetsdir. Mayın 2-də mən 30 ildən sonra ilk dəfədir doğma şəhərimə çıxış nümayiş etdirmək, sizə moda, trendlər haqqında hər şeyi danışmaq, öz isti münasibətimi, təcrübəmi bölüşmək, maraqlı hər şeyi danışmaq və bəli, bütün suallarınızı cavablandırmaq üçün gəlirəm. Səbirsizliklə sizi gözləyəcəm. Mayın 2-də gəlin. Azərbaycan, Bakı, sevirəm. Görüşənədək. Doğma Bakıda görüşərik", - deyə Lisovets bildirib.
Qeyd edək ki, mayın 2-də Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında Vladislav Lisovetsin "Stil - həmişə özün olaraq qal" adlı yaradıcılıq gecəsi keçiriləcək.
Vladislav Lisovets 1972-ci ildə anadan olub və Bakıda böyüyüb, 1994-cü ildə Moskvaya köçüb. "Ostankino" televiziya mərkəzində işləyib, "Aqata Kristi", "Blestyaşşiye" kimi tanınmış qruplarda stilist kimi fəaliyyət göstərib, həmçinin Anita Tsoy, Janna Friske, Valeri Leontyev, İrina Ponarovskaya, Avraam Russo və bir çox sənətçilərlə işləyib, dəfələrlə dəb nümayişlərində çalışıb.