Ötən il baş verən qəzalarda əzizlərinin ölümünə səbəb olan sürücülərin statistikası açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat paylaşıb.
“2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü qızının, 11 sürücü isə yaxın qohumunun ölümünə səbəb olub.

Əlbəttə, heç bir yol-nəqliyyat hadisəsi bilərəkdən və ya istəyərəkdən törədilmir. Məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir. Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır. Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”, - deyə o qeyd edib.