Doqquzaylıq Könülün yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səlma Mirzəyeva məlumat verib.
O bildirib ki, övladının eşitmə cihazına ehtiyacı var.
"Könül doqquz aylıqdır. O, 29 həftəsində dünyaya gəldiyi üçün həyatda qalması üçün çox mübarizə apardıq. Çox şükür ki, övladımızı o vəziyyətdən çıxarda bildik. Amma bu fəsadsız ötüşmədi. Həkim müayinəsi zamanı Könülün eşitməsinin tamamilə olmadığını öyrəndik. Həkimlər onun eşitməsi üçün cihaz almalı olduğumuzu deyib. Bunun üçün isə bizim 2 500 manata ehtiyacımız var".
Gənc ana övladının sağlamlığı üçün yardımsevər şəxslərə səslənib.
"Könül bizim ilk övladımızdır. Onun doğumu, həyatda qalması bizim üçün çox böyük sevincdir. Həkimlər onun artıq yavaş-yavaş danışmağa başladığı dövrlərə gəldiyini, bunun üçün isə mütləq eşitmə cihazını almağımızı deyib. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik".
Ailə ilə əlaqə: (077) 321-99-73.
Leo Bank: 5411 2498 0230 3060.