Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dörd yaşlı Atilla dünya işığına həsrət qalıb: "Ən böyük arzusu anasını görməkdir"
Dörd yaşlı Atilla Nəcəf oğlu Mayılov bir neçə xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Nəcəf Mayılov məlumat verib.
O qeyd edib ki, övladı epilepsiya, hidrosefaliya, braxosefaliya, kəskin əzələ gərginliyi və görmə sinirinin hissəvi atrofiyası kimi xəstəliklərdən əziyyət çəkir:
"Bu xəstəliklərin müalicəsi müxtəlif dərmanlarla davam etdirilir. Gözləri isə sadəcə güclü işığı görə bilir. Xəstəliyin müalicəsi Başqırdıstanın Ufa şəhərində "Alloplant" xəstəxanasında bir neçə mərhələdə edilir.
Bunun üçün 30 min manata ehtiyacımız var. Məbləğin 16 min manatı toplanılıb. Sizlərə üz tuturam, geri qalan məbləği yığmağımız üçün əlimizdən tutun. Övladım uşaqlığını yaşaya bilməyəcək, heç olmasa, bundan sonra onun üçün yaxşı olsun. Atillanın ən böyük arzusu anasını görməkdir. O, əlləri ilə anasına toxunub onu hiss etməyə çalışır. İmkanlı şəxslərdən xahiş edirəm, balama dünya işığını görmək üçün yardım etsinlər. Hər dəfə balama baxanda deyirəm ki, kaş onun yox, mənim gözlərim görməzdi. Qalan məbləği tamamlayaraq onun müalicəsi üçün başlayaq".
Əlaqə nömrəsi: 055 512 15 66
Leo bank: 4098584496788843
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ailənin yeganə övladı iki ağır xəstəlikdən əziyyət çəkir: Röyalın yaşaması üçün dəstəyə ehtiyacı var
- Ata qızına kömək üçün yalvarır: "Balamın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"