Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət agentliyində yüksək vəzifəyə TƏYİNAT
Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinə müşavir təyin edilib.
Bizim.Media xəbər verir ki, bu vəzifəyə Mehriban Mehman qızı Rəsulova təyinat alıb.
O, cari ilin əvvəlindən DMA-ya təyinat alıb və Peşə hazırlığı departamentinin direktoru olub.
M.Rəsulova buna qədər Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb.
O, Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.
Beləliklə, DMA-nın İdarə Heyətinin sədrinin müşavirlərinin sayı yeddiyə yüksəlib.
"Dövlət Məşğulluq Agentliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər