Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə MÜRACİƏT ETDİ
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi "Toyota Prius" markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.
BDYPİ son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Suraxanıda qadına qarşı soyğunçuluq edən şəxs SAXLANILDI
- Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR
- Bakıda 65 yaşlı qadını aldadıb 80 min manatını ələ keçirdilər
- Son bir gündə vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb