Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqlarını iddia ediblər.
Oxu.Az-a açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iddialara cavab olaraq bildirib ki, onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər:
"Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər".
Könül Cəfərli