Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə rayon Qızılhacılı qəsəbəsində baş verib.
Yolu qarşı tərəfə keçmək istəyən 25 yaşlı F.Qurbanovu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.