“Həci başqadı videosunun qəhrəmanı Hacıağa haqqında yazılanlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, onun Ölkə.az-a dediklərini olduğu kimi təqdim edirik:
“Bayaqdan izləyirəm ki, guya məni döyüblər. O xəbəri yazan kimdirsə, onun başı gedib, bilmir nə eləsin. Gic-gic şeylərlə məşğul olmasınlar. Bir oğlan mənə bir çırtma vurmayıb, vura da bilməz. Onların başı xarab olub. Kim istəyirsə, onunla görüşməyə hazıram”.
Qeyd edək ki, “Həci başqadı” videosunun qəhrəmanının döyülmə xəbərini avropa.info saytı yaymışdı.
15:18
Bir neçə ay bundan əvvəl mətbuatda və sosial şəbəkələrdə populyar olan “Həci başqadı” videosunun qəhrəmanı döyülüb.
Oxu.Az-ın Avropa.info-ya istinadla məlumatına görə, videonun qəhrəmanı Hacıağa Maştağada fiziki təzyiqlərə məruz qalıb. Hacıağanın döyülməsinə səbəb elə həmin video olub.
Hacıağanı döyənlər bu video-söhbət ilə Hacıağanın hacıları məsxərəyə qoyduğunu əsas gətiriblər.
Məlumatı verən mənbə bildirdi ki, Hacıağa mühafizəkar düşüncəli insanların qəzəbinə düçar olub.