Bu il sərhədi özgəsinin sənədi ilə keçmək istəyən 51, gizli şəkildə keçmək istəyən dörd nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.
Hesabatda qeyd olunub ki, cari il üçün dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb.
Bundan başqa 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və dörd nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
Könül Cəfərli
Rəylər