Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dubay şahzadəsi Bakıda 10 min dolları kimə verdi?
18 milyard sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən şahzadə Hamdan bin Muhammed bin Rasid el Maktoum bir neçə gün öncə Azərbaycana səfərə gəlib.
Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, şahzadə və qonaqları Hacıqabula gəlməzdən öncə Bakıda Fairmont Baku, Flame Towers otelinin ən lüks nömrəsində gecələyiblər. Bu zaman maraqlı bir hadisə baş verib.
Şahzadə işçilərdən birinə sürpriz edib.
Oteldə çalışanların bildirdiyinə görə, şahzadə xanım işçilərdən birinə yaxşı xidmət göstərdiyinə görə yüksək məbləğdə ənam (“çayavoy”) verib.
Pulun məbləğinin 10 min dollar olduğu bildirilir.
Qeyd edək ki, ərəb zəngin Hamdan bin Muhammed bin Rasid el Maktoum bir neçə dəfə Azərbaycana səfərə gəlib. O sonuncu səfərində Hacıqabul rayonunda olub.
Rəylər