Dünyanın sonu ilə bağlı daha bir proqnoz açıqlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, belə bir proqnozu 100 il əvvəl rusiyalı öncəgörən Qriqori Rasputin verib.
Rasputinin dediyi tarix 23 avqust 2013-cü ilə təsadüf edir.
Müasir alimlər də təsdiq edirlər ki, son aylar Günəşdə qəribə hadisələr baş verir. Günəşdə böyük qara dəlik yaranıb. Bunun fəsadları Yer planetində də görünməkdədir.
Rusiyalı təhqiqatçılar deyirlər ki, Rasputinin 2-ci Nikolayın ölümü, Hitler, insanın Aya getməsi və SSRİ-nin dağılmağı ilə bağlı öncəgörümləri də düz çıxıb. Rasputin 23 avqust 2013 tarixi ilə bağlı isə aşağıdakı sözləri deyib.
"... alov dünyadakı bütün canlı varlıqları udacaq. Bundan sonra dünyada həyat başa çatacaq və məzar səssizliyi yaranacaq".
Beləliklə, Rasputinin proqnozuna əsasən, nə az-nə çox, düz 26 saatdan sonra - yəni, avqustun 23-də dünya dağılacaq.