Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam verib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən aşağıdakı dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin maaşları sentyabrın 1-dən 10% artırlır:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
2. Heydər Əliyev Mərkəzi;
3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
4. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
5. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
6. Azərbaycanda Atatürk Mərkəzi;
7. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
8. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;
9. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
10. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
11. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;
12. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
13. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
14. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
15. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu.
Dövlət başçısının digər bir sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərinin maaşları da sentyabrın 1-dən 10% artırılıb.