“Düşən pullar” intellektual müsabiqəsində maraqlı anlar yaşanıb.
AzTV-nin məşhur müsabiqə proqramına qonaq olan “Parni iz Baku” KVN komandasının üzvü, aktyorlar Emil Abbasov və Azər Məmmədzadə 100 min manat uğrunda mübarizə aparıblar.
Aktyorlar səkkiz mərhələdən ibarət olan yarışın üç mərhələsini uğurla başa vurublar.
Qonaqlar dördüncü mərhələdə astronomiya ilə bağlı suala cavab verməkdə çətinlik çəkiblər.
Onlar bu mərhələdə nə az, nə çox, əllərində olan 47 500 manatı itiriblər.
Həmin görüntüləri təqdim edirik:
“Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular - VİDEO