Ermənistan müdafiə nazirliyin mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan 43 yaşlı hərbçi Aram Qriqoryan ölümü bağlı məlumat verib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatda deyilir:
“Bu gün təmas xəttindən şimal istiqamətdə yerləşən döyüş postlarının birində Azərbaycan snayperi tərəfindən açılan atəş nəticəsində 43 yaşlı hərbçi kiçik çavuş Aram Qriqoryan həlak olub”.
22:15
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ərazisində bu gün Ermənistan ordusunun müqaviləli xidmətdə olan hərbi qulluqçusu ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu xəbəri “NEWS.am”a Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan təstiqləyib.
Məlumata görə, ölən hərbçi 40 yaşlı Aram Qriqoryan Ermənistanın Araqatsot vilayətinin Partizak kənd sakinidir. Hərbçinin hansı səbəbdən öldüyü bildirilmir.