Bu gün (05 avqust) saat 00:00-dan başlayaraq təmas xəttindən yenidən atəş səsləri eşidilməyə başlayıb.
ANS PRESS-in Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan ordusu işğal olunmuş Ağdamın Baş Qərvənd kəndindəki mövqelərindən Azərbaycanin nəzarətində olan Ağdamın Orta Qərvənd və Çıraqlı kəndlərini atəşə tutublar.
Azərbaycan tərəfi adekvat olaraq atəş gələn mövqeləri susdurmağa çalışır.
Hazırda atışma davam edir.
Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Təfərrüatlar barədə bizi izləməyə davam edin.
Oxu.Az