Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DYP-dən 8 Martla bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, həmin gün yol hərəkətində iştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasının vacibliyini bir daha xatırladırıq".
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində qeyd edilib.
Bildirilib ki, bu il 8 Martın həftəsonuna təsadüf etməsi şəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinə və rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artacağını göstərir:
"Bu isə sürücülərdən və piyadalardan daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayət etməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalara uyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeyd yanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər. Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkət hissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər".
"Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilk növbədə özümüzdən asılıdır.
Bayram günlərini xoş xatirələrlə yadda saxlamaq üçün yol hərəkəti qaydalarına əməl edək", - deyə müraciətdə qeyd olunub.
"8 Mart - Beynəlxalq Qadınlar Günü" teqi üzrə xəbərlər
- 8 martda ən bahalı və ucuz gül buketlərinin satıldığı ölkələr
- 8 Mart xüsusi gün, yoxsa qadın məhsullarının satış günü?
- Qadınlara ən çox alınan güllər hansılardır?
- Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub
- "Qadın üçün ən gözəl hədiyyə elə kişidir" - Bakı sakinləri əbədi sualı çözdülər