Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İki yaşlı Məhəmmədin həyatda qalması üçün sizin dəstəyinizə ehtiyacı var
İki yaşlı Məhəmmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Lalə Əliyeva məlumat verib.
O bildirib ki, övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir:
"Məhəmmədin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Bildiyimiz ilk gündən müalicələrini etdirsək də, qarşısını almağı bacarmadıq. Onun vəziyyəti gündən-günə ağırlaşırdı. Biz məcbur Türkiyəyə gedib, orada əməliyyat olunduq. Əməliyyata təxminən 15 min manatdan çox xərcimiz çıxdı. Xəstəxanaya yaranan borclarımızı sizin saytın izləyicilərinin dəstəyi ilə ödəyib, ölkəmizə qayıda bildik".
Gənc ana ölkəyə qayıda bilmələri üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Bizim ailədə tək yoldaşım işləyir. Məhəmmədin iki ildir müalicələrini edə bilirik. Amma əməliyyat və əməliyyatöncəsi müalicə üçün əlimizdə heç bir məbləğimiz yox idi. Buna görə də həmin məbləğin 10 min manatını borc alıb, digər beş min manatını isə anam və mən qızıllarımızı satıb toplaya bilmişik. İnanın, hazırda müalicələri davam etdirmək üçün imkanımız yoxdur. Dərmanlarını almaq üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 300-47-58.
Beynəlxalq Bank: 5522 0993 6744 0641.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 10 yaşlı Məryəmin dəstəyə ehtiyacı var: "Müalicələrini davam etdirə bilmir"
- Əkiz uşaqların anası: "Mənim üçün ən böyük hədiyyə onların sağalmağıdır"
- Kliniki ölüm keçirən Ümidin dəstəyə ehtiyacı var
- Xəstə övladı olan ana fəryad edir: "Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır"
- Üç yaşlı Zəhranın müalicə üçün dəstəyə ehtiyacı var