DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını maarifləndirmək üçün iki sosial çarx hazırlayıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, təbliğat xarakterli həmin videolar sürücüləri və piyadaları maarifləndirmək üçün çəkilib.
Videoların birində tələskənlik edərək yolu necə gəldi keçən gənclər əks olunub. Yol polisi bu video ilə piyadaların diqqətini yollarda hərəkət zamanı ayıq-sayıq olmağa və tələsməməyə yönəldir. Çünki tələsmək xəyallarla yanaşı, həyata da son qoya bilər.
Hər iki videonun televiziya və radio kanallarında, eləcə də digər kütləvi informasiya vasitələrində mütəmadi yayılması nəzərdə tutulur.
A.M.
www.oxu.az