Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən aprelin 17-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
Gecə və səhər saatlarında daha çox müşahidə olunan dumanlı hava digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb edilir.
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR
- Yasamalda iki avtomobil TOQQUŞDU: Maşınlar yararsız hala düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Xocəsəndə piyadaların həyatını təhlükəyə atan sürücü CƏZALANDIRILDI
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI