Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DYP əlverişsiz havaya görə sürücülərə MÜRACİƏT EDİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Bildirilib ki, BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir:
"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, avtomobilin texniki sazlığını nəzarətdə saxlamalıdırlar.
Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".

"Sürücülərin nəzərinə" teqi üzrə xəbərlər
- Ortaya bir dəstə "həci" düşüb, nə istəyir, edir
- BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"
- Taksi fəaliyyəti ilə kimlər məşğul ola bilərlər?
- Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib
- BDYPİ: "Hava şəraiti ilə bağlı piyadaların təhlükəsizliyi xüsusi olaraq diqqətdə saxlanılır"