Bakıda Dövlət Yol Polisi avtomobili qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda Məhəmməd Hadi küçəsində baş verib.
Xətai Rayonu Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, 10 YP 584 dövlət nömrə nişanlı BMW markalı avtomobilin qəzaya düşməsi nəticəsində xəsarət alan olmasa da maşına ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Əhmədov
FOTO: Murad Qəmbərov
www.oxu.az