Bal sistemi tamamilə ləğv olunmayacaq. Sadəcə 12 baldan 20 bala qaldırılması gözlənilir. Bu barədə qanun layihəsi Milli Məclisin gündəliyinə salınıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov mətbuat konfransında bildirib.
O deyib ki, bal sistemində cərimə ballarının artırılması məsuliyyətsiz sürücülərin işinə kömək edəcək. Ancaq cərimə ballarının qaldırılması ilə bağlı bəzi sistemlərə dəyişiklik edilməsi gözlənilir. Məsələn, qırmızı işıqdan keçmək əvvəl 3 bal idisə, indi 5 bal olacaq. Ona görə sürücülər bir az səbirli olsalar daha yaxşı olar.