Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DYP son bir ildə qaydaları pozmayan sürücüləri mükafatlandırıb - FOTO/VİDEO
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və ölkə başçısı İlham Əliyevin hakimiyyətdə olmasının 20 illiyi ilə əlaqədar 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ərəfəsində il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb.
Oxu.Az xəbər verir ki, burada məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanların təhlükəsizliyini təmin etməkdir.
BDYPİ-nin inspektoru Toğrul Nəsirli qeyd edib ki, il ərzində yol hərəkəti qaydasını pozmayan, nəqliyyat vasitəsini texniki baxışa gətirən dörd sürücü mükafatlandırılıb.
Avtomobilini texniki baxışdan keçirən sürücü Süleymanov Vasif nümunəvi sürücülərdən biridir. O, DYP əməkdaşlarına diqqətə və ruhlandırıcı hədiyyələrə görə təşəkkür edib.
Digər sürücü Şirinov Nəsimi isə bildirib ki, avtomobilini hər zaman vaxtı-vaxtında texniki baxışdan keçirir:
“Avtomobilin saz vəziyyətdə olması birinci öz təhlükəsizliyini, sonra da yollarda digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün önəmlidir. Bunu bütün sürücülər mütləq qaydada anlamalı və birmənalı olaraq qaydalara riayət etməlidirlər”.
Onu da qeyd edək ki, Qaradağ rayonu Lökbatan və Yasamal massivinin yaxınlığında yerləşən Texniki Müayinə Mərkəzində yolun üzərində 15 min ağacın əkilməsi nəzərdə tutulur.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
"BDYPİ" teqi üzrə xəbərlər
- Yasamalda iki avtomobil toqquşub: Xəsarət alanlar var
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti XƏBƏRDARLIQ
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
Rəylər