Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DYP yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib
MİDA-nın yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları cərimələyiblər.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, MİDA-nın yaşayış kompleksinin sakinlərinin (050) 800-09-02 “WhatsApp” nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb ediliblər.
Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.
Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcək.
"BDYPİ" teqi üzrə xəbərlər
- Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
- Bu ilin 11 ayı ərzində avtoqəzalarda 344 nəfər ölüb - RƏSMİ
- Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
- Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
- Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA
Rəylər