Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanın şikayəti təmin edilmədi
Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevanın apellyasiya şikayəti təmin edilməyib.
Faktı “Report”a təqsirləndirilən şəxsin vəkili Günay Cəfərova təsdiqləyib.
Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, o, X.Əyyubzadə adlı şəxsi Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini yalan vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva həmin şəxsə aylıq 2500 manata yaxın maaş alacağını deyib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib
Rəylər