Dünya əhlini qorxu içində saxlayan təhlükədən biz uzağıq.
Oxu.Az xəbər verir ki, ANS TV-nin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanda Ebola virusunun yayılması təhlükəsi yoxdur.
Sərhəddə həyata keçirilən təhlükəsizlik tədbirləri yarana biləcək təhlükənin qarşısını almaqdan ötrüdür. Nəzarətin gücləndirilməsi Ebola virusu xəstəliyinə qarşı tədbirlərin görülməsi, eləcə də bu xəstəliyin ölkəmizə keçməsinin qarşısının alınması məqsədi daşıyır. Nəzarətin gücləndirilməsinin virusun Azərbaycanda yayılması ilə əlaqəsi yoxdur.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan Ebola virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən, ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir.