Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fədakar həkim Ebola virusuna yoluxdu
Qərbi Afrikada 600-dən çox adam Ebola xəstəliyinə yoluxub.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Syer-Leonda milli qəhrəman, epidemiya ilə fədakarcasına mübarizə aparan, amma nəticədə özü də bu amansız xəstəliyə yoluxan - həkim Şeyk Umar Xanın taleyi hamını narahat edir.
İlin əvvəlində ölkədə yayılan və ən azı 200 nəfərin həyatına son qoyan Ebola xəstəliyi ilə fədakar mübarizəsi nəticəsində Syer-Leonun milli qəhrəmanına çevrilmiş həkim Şeyk Umar Xan ölümcül virusa yoluxub.
Syer-Leonun hakimiyyəti bildirib ki, həkim Xan, hal-hazırda “Sərhədsiz həkimlər” tibbi xeyriyyə təşkilatının himayəsi altındadır, BBC xəbər verib.
Xan 100-dən artıq xəstəni müalicə edirdi.
Kenema şəhərinin hospitalının tibb bacıları onların üç kolleqası öldükdən sonra etiraz aksiyası keçiriblər. Tibb işçilərinin ölümünə səbəb Ebola virusu olduğu fərz edilir.
Xəstəliyin qığılcımı fevralda Qvineyada alışaraq, sonradan isə Liberiyaya və Syer-Leona yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətdən narahatdır, həkimlərin sözlərinə görə vəziyyət nəzarətdən çıxıb.
Rəylər