Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, Milli Gimnastika Arenasının qarşısında “KamAZ” markalı yük avtomobili yolu keçməyə çalışan gənc qızı vurub. Ağır bədən xəsarətləri alan 20-25 yaşlı qız hadisə yerindəcə keçinib.
Ölən şəxsin kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə baş verən ərazidə metronun “Koroğlu” stansiyasına da birləşən yeraltı piyada keçidi mövcuddur.