Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ədalət Muradov: "Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutunun yaradılması təklif olunub"
"Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutunun yaradılması təklif olunub".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.
O bildirib ki, tədqiqat institutunun mərkəzi Bakı ola bilər:
"Həmçinin Türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu hətta ortaq universitetlərdən də vacibdir.
Bununla bərabər, düşünürəm ki, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır".
Mərahim Nəsib
"Türk Dövlətləri Təşkilatı (TDT)" teqi üzrə xəbərlər
- Budapeştdə vacib sənəd: "Türk dövlətləri gələcəkləri ilə bağlı mənfi ehtimalları sıfıra endirdilər"
- Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə İlham Əliyevə minnətdarlığını bildirdi
- Türkiyə XİN: "İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər"
- Novruz Türk Dünyasının ortaq bayramı oldu
- Çingiz Qənizadə: "Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır"