Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir rəis əvəzini vəzifəsindən azad etdi, yeni müavin təyin olundu
Ədliyyə Nazirliyində Cəzaların icrasına nəzarət Baş İdarəsinə yeni rəis müavini təyin edilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Zakir oğlu Quliyev sözügedən vəzifəyə təyin olunub.
Nazirin digər əmri ilə, Cəzaların icrasına nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edən İlham Abasquliyevin isə bu səlahiyyətinə xitam verilib.
Qeyd edək ki, bu gün ədliyyə naziri Fərid Əhmədov qurumun Mətbuat Xidmətinə də rəis təyin edib.
Ədliyyə naziri Fərid Əhmədov qurumun Mətbuat Xidmətinə rəis təyin edib.
Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.
O, bu ilin iyun ayında Mətbuat Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.
O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi
- Sabiq nazir müavininə ağır itki
Rəylər