Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə rəis təyin edilib
Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Elçin Nəsibov 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Hüquq Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin verilməsində bilavasitə iştirak edib.
2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2016-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə", eləcə də 2012-ci ildə "Ədliyyə sahəsində fərqlənməyə görə" medalları ilə, 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)", 2020-ci ildə isə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilib.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadıldı
- Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya olundu
- İtaliyadan Putinin "həbs edilməsi" ilə bağlı reaksiya
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi
- Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan Azərbaycana ekstradisiyası təmin olunub