Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin rəisi Cavid Hüseynov işindən ayrılıb.
Oxu.Az-ın xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, öz xahişi ilə başqa işə keçməsi ilə əlaqədar onun ədliyyə orqanlarında qulluğuna xitam verilib.
Bununla yanaşı, nazirliyin Maliyyə və Təminat İdarəsinin rəisi vəzifəsinin icrası Sənan Təyar oğlu Rəhimova tapşırılıb.