Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.
Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münhen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparılıb.
Volfqanq İşinger Münhen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırıb.
Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğulayıb.
Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olunub. Dövlətimizin başçısı bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidentini qəbul edib - YENİLƏNİB + VİDEO
10:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.