Məşhur idmançı Eduard Məmmədov sənədlərini itirib.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib.
İdmançı qeyd edib ki, içərisində şəxsiyyəti təsdiq edən, həmçinin bir sıra digər sənədlərin olduğu qara pul qabını tapan şəxsi böyük miqdarda mükafat gözləyir:
Çempion ilə bağlı sənədləri tapan şəxsdən 055 806-57-10 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.
Qeyd edək ki, Eduard Məmmədov (“Ağ canavar”) 22 qat dünya çempionu, 6 qat Avropa çempionu, dəfələrlə peşəkar turnirlərin qalibidir.