Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əfv olunan qadın məhkum: "İlk olaraq övladlarımın yanına gedəcəyəm"
"Prezidentimizə təşəkkür edirəm, məni üç övladıma, ailəmə bağışladı".
Oxu.Az xəbər verir ki, bunu bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən əfv olunaraq çıxan məhkum Gülüş Fətəliyeva deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə hökm olunmuşdu:
"Ümumilikdə doqquz il həbs cəzasına məhkum edilmişdim. Cəzamın altı ilini çəkdim, üç ilini isə bağışlandım. İlk olaraq övladlarımın yanına gedəcəyəm, onları öpüb bağrıma basacağam".
Könül Cəfərli
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar